Ru
14:12 / 23 Mart 2018

Ailə münaqişəsi zamanı qan töküldü

3987

Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.

 

APA-nın xəbərinə görə, hadisə rayonun
Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov
ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə
Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman
preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının
avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü
zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına
ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası
ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər