Ru
18:56 / 20 Sentyabr 2018

Afaq Məsud Argentina səfirini mükafatlandırdı - “Mədəniyyət Elçisi”

2778
Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub. 

 

BakuPost.az xəbər verir ki, səfir Mərkəzlə Argentina səfirliyinin birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi layihələrdən söz açıb, görülən işlərindünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib:

"Son 3 il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları AdolfoBioKasaresin "Morelin ixtirası”, Mariya Elena Valşın "Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun "Una suerte pequeña” ("Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işləri başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.


Daha sonra Azərbaycanda səfirlik missiyasının yaxın günlərdə başa çatacağını bildirən Səfir Mərkəzlə əməkdaşlıqdan duyduğu xoş təəssüratını çatdırıb: "Səfir olduğum bu 5 il ərzində Mərkəz tərəfindən göstərilən münasibət, məndədərin doğmalıq hissi yaradıb. Azərbaycandan,sanki öz evimi tərk edəntək gedirəm”.

Mərkəzlə birgə təməli qoyulacaq növbəti layihədən –Argentina milli rəqsi olan tanqonun tarixindən bəhs edən "El Tango una danza” ("Tanqo – bir rəqs”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Adıçəkilən kitabın, Azərbaycan oxucusuna, tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına vəgeniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.


Görüşün sonunda Argentina-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya Mərkəzin təsis etdiyi "Mədəniyyət Elçisi” fəxri diplomu təqdim olunub.

Afaq Məsud Argentina səfirini mükafatlandırdı -  “Mədəniyyət Elçisi”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər