Ağdaşda silahlı insident - Müəllim tüfənglə öldürüldü / YENİLƏNİB

749
Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
 
* * * 

Ağdaş rayonunda idman müəllimi öldürülüb.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirlir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Əlavə məlumat veriləcək. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər