Ru
11:08 / 19 Fevral 2018

- Sürücü öldü, xanımı və 6 aylıq qızı yaralıdır Ağdaşda maşın kanala düşdü

2709
Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.


BakuPost-un APA-ya istinadən xəbərinə görə, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər