Ru
23:25 / 21 İyul 2018

“Ağdamlı Faiq” canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

4045
Özünü "Ağdamlı Faiq" kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə "facebook"un canlı yayımında avtoxuliqanlıq edir.


BakuPost Xezerxeber.az-a istinadən məlumatına görə, o, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi ''bir əlində telefon, bir əlində sükan'' olur.


O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.


"Ağdamlı Faiq" bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz "məharətindən" ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.


Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Ümumiyyətlə isə, son dövrlər bu cür hallara tez-tez rast gəlinir. Özlərini avtoxuliqan zənn edənlər sosial şəbəkələrdə bu hərəkətlərini izləyiciləri ilə paylaşırlar və qanunsuz hərəkətlərini təbliğ edirlər.


Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu görüntülər araşdırılacaq, rayon üzrə təhlükəsizlik kameralarına baxış keçiriləcək və qanun çərçivəvində bütün tədbirlər görüləcək.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
“Ağdamlı Faiq” canlı yayımda avtoxuliqanlıq edir -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər