Ru
13:20 / 20 İyul 2017

Ağcaqanadlarla inanılmaz mübarizə - Yolları

1724
İsti yay günlərində, xüsusilə gecələri insanlara çətin anlar yaşadan ağcaqanadlardan hazırlayacağınız qarışıq ilə xilas ola bilərsiniz.


BakuPost.az xəbər verir ki, təbii vəsaitlərlə hazırlayacağınız yağ qarışığı, zəhərli kimyəvi maddələrlə nisbətdə daha sağlam bir həll olacaq. 


Hazırlanması olduqca asan olan qarışıq üçün sadə vəsaitlər istifadə edəcəksiniz:


* Boş bir şüşə

* Bir stəkan qədər saf ya da qaynadılmış su

* 1 çay qaşığı karbonat

* Üzvi bitki mənşəli yağlar: qərənfil yağı, çay ağacı yağı, evkalipt yağı, lavanda yağı ya da nanə yağı.


Qaynayan suyunuzun içinə karbonatı əlavə edin. Yağlardan 40-50 damla qədər suya damladın. İstədiyiniz qoxunu daha çox qoya bilərsiniz. Qəti bir ölçü olmadığı üçün bu nisbəti siz də təyin edə bilərsiniz.


Asan qarışıqdan sonra şüşəni yaxşıca çalxalayın. Hazır hala gələn qarışığı artıq göz və ağız ətrafına diqqət edərək istifadə edə bilərsiniz. 


BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər