Ağcabədidə balıqlar kütləvi şəkildə tələf olub - FOTO

Ağcabədi rayonunda fərdi təsərrufatlardan birində balıqlar kütləvi şəkildə tələf olub. 

BakiPost.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hacıbədəlli kəndində yerləşən göllərdən birində qeydə alınıb. 

Kənd sakini, fermer Tələt Rüstəmov bildirib ki, bir hektardan çox ərazini əhatə edən ona məxsus göldə 20 tondan artıq balıq tələf olub: "Mənə təxminən 60 min manatdan çox ziyan dəyib". 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və ölmüş balıqlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. 
 
Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər