Ru
18:01 / 19 Yanvar 2017

Ac qalmaq ömrü uzadır

1857
ABŞ alimləri əmindirlər ki, ac qalmaq ömrü xeyli uzadacaq.


AZƏRTAC "Nature Communications” saytına istinadla xəbər verir ki, mütəxəssislər primatlar üzərində təcrübə aparıblar. Əvvəllər gəmiricilər üzərində keçirilən bu cür tədqiqat göstərib ki, istehlak edilən kalorinin 30-40 faiz azalması ömrü uzada bilər.


Təcrübə zamanı yaşlı meymunların rasionunu tədricən azaltmağa başlayıblar. Aşkar edilib ki, qida payı azaldılan meymunlar digərlərindən 2-4 il çox yaşayıb. Lakin onların içində elələri olub ki, adi meymunlardan 1,5 dəfə çox yaşayıb.


Bundan başqa, tədqiqatçılar qeyd ediblər ki, yeməkləri məhdudlaşdırılan meymunların sağlamlığı yaxşılaşıb. Alimlər əmindirlər ki, istehlak edilən kalorinin azaldılması insanın sağlamlığına da yaxşı təsir edə bilər.


Bundan əvvəl ekspertlər skleroza qarşı mübarizədə aclığın əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar siçanlar və könüllü adamlar üzərində təcrübə aparıblar. Hər iki halda həkimlər xəstəliyə qarşı mübarizədə müsbət dinamikanın olduğunu deyiblər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər