Ru
12:54 / 19 Yanvar 2017

“Abutalıbovu ciddiyə almayın, gülün...” - Media mütəxəssisləri

5295

Xəbər
verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
növbəti dəfə KİV nümayəndələrinə qarşı aşağılayıcı münasibət sərgiləyib.

Bakıya
sonuncu yağış yağan zaman Binəqədi və Zabrat qəsəbələrini su basdığını
xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb:
"Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx
açardı ki, su axıb getsin”.

Bu
açıqlama isə dünən gecədən bəri sosial şəbəkələrdə ciddi qınaqla
qarşılanıb.


Bakı
merinin belə bir açıqlamsına tanınmış media mütəxəssislərinin reaksiyasını öyrənmək
üçün BakıPost.az-ın əməkdaşı kiçik sorğu keçirib.


Əməkdar
jurnalist Qulu Məhərrəmli bildirib ki, Abutalıbov açıqlama verərkən şəhər meri
olduğunu unudub:
"Hacıbala müəllim bu söhbəti o qədər səmimi edib ki, hətta bir
anlıq Bakı şəhərinin meri olduğunu unudub. O az qala Sovet dövründə olan iməcliklərdə
edilən müraciətlər kimi danışırdı. Amma sadəcə olaraq yaddan çıxardıb ki, o, şəhər
meridir”.



Q.Məhərrəmli
hesab edir ki, bu məsələni ciddiyə almaq lazım deyil:
Bu, qeyri-ciddi müraciətdir.
Hər kəsin öz işi var. Hacıbala müəllim arx qazmalıdır, jurnalistlərdə onun
yaxşı və ya pis arx qazmasını işıqlandırmalıdır. Fikrimcə, jurnalistlər şəhər
merinin bu qeyri-ciddi "iradına” etiraz etməməlidir. Onlar buna xeyli
yumoristik yanaşmalıdır, necə ki yanaşırlar. Məsələni çox müzakirə edəndə,
ciddi fakta çevrilir. Məmurların hərəsi bir şeyi danışır. Media da bunu
işıqlandırdığı zaman xeyli qeyri-ciddi mənzərə yaradır. Ona görə də yumorla
bunların üstündən keçmək lazımdır. Bunu ciddi müzakirə mövzusuna çevirməyə
ehtiyac yoxdur”.


Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə vurğulayıb ki, mer seçki ilə
seçilsəydi, onun ağlına belə bir şey demək gəlməzdi:
"Çünki onu mütləq bütün
mediada biabır edəcəkdilər və növbəti dəfə də seçilməyəcəkdi. Amma Hacıbala müəllim
jurnalistlərdən və ya ictimai rəydən asılı deyil. Ürəyi nə istəyir onu da söyləyə
bilir”.



Jurnalist
məsələnin bu həddə çatmasında həmkarlarını da qınayıb:
"Bizim jurnalist camiəsi
özü-özünə hörmət qoysaydı, Hacıbala müəllim yenə də ağzına belə bir söz alıb
deməzdi.


Jurnalistlərin
tənqidindən çəkinərdi. Medianın böyük bir qismi məmurlar tərəfindən maliyyələşdirilir.
Ona görə də Hacıbala müəllim rahat danışır”.


Jurnalistlərin
Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, məsələyə iki
kontekstdən yanaşmaq lazımdır:


 

"Jurnalistin işi yazmaqdır. Ümumiyyətlə,
jurnalistlərin işi problemlərdən yazıb, onları qabartmaqdır. Jurnalistlər bu
problemləri qaldırmalı, onların mövcudluğunu üzə çıxartmalıdır ki, problemlərin
aradan qaldırılması üçün tədbirlər görülsün. Jurnalistlərdən başqa funksiya tələb
eləmək olmaz.


Jurnalistikanın
vəzifələri, jurnalistlərin görməli olduğu işlər barədə Hacıbala müəllim özü də
məlumatlıdır. Təbii ki, onun bu sözünü zarafat, ya da yumoristik yanaşma kimi qəbul
eləmək olar. Hacıbala müəllimin karyerası dövründə bu cür situasiyalar tez-tez
ortalığa çıxır. Əlbəttə ki, dövlət rəsmisi olduğu üçün onun sözləri çox vaxt
ciddiyə alınır. Hacıbala müəllim həm də zarafatı xoşlayan bir insandır. O
baxımdan hesab edirəm ki, məsələnin qabardılmasına və üstünə gedilməsinə
ehtiyac yoxdur. Gəlin bunu bunu bir zarafat kimi qəbul edək”.

Sevinc
Yasinqızı

Bakı Post

“Abutalıbovu ciddiyə almayın, gülün...” -  Media mütəxəssisləri
“Abutalıbovu ciddiyə almayın, gülün...” -  Media mütəxəssisləri
“Abutalıbovu ciddiyə almayın, gülün...” -  Media mütəxəssisləri
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər