Ru
14:55 / 25 İyun 2017

Abşeronda üç azyaşlı qız soyuldu

1236
Abşeron rayon sakinləri olan 3 azyaşlının qızıl sırğaları qarət olunub.

 

BakuPost.az xəbər verir ki, zinət əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad sakini İsmayıl Seyfullayev tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Sumqayıtda isə Məcnəddin Rəhimovun həyətyanı sahəsindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Orucov tutulub.


Ətrafında aparılan tədbirlərlə onun bu ilin yanvar ayından may ayınadək olan müddətdə şəhər ərazisində 2 avtomobildən, 2  evdən, 1 mağazadan, 2 nəfərin çantasından, əyləncə mərkəzlərindən birindən, 2 həyətdən və 1 mebel sexindən velosiped, mobil telefon, təkər, akkumulyator, danışıq kartları, elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər