Ru
22:55 / 21 Avqust 2017

Abşeronda qəza - Yaralılar var/ Tıxac yarandı

3012
Abşeron rayonunda yol qəzası baş verib.


Trend-in məlumatına görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.


99 GP 739 dövlət nömrə nişanlı Chevrolet -AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet-AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.


Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər