Ru
08:56 / 19 Fevral 2018

Abşeronda çörək sexində partlayış - 3 nəfər ağır yaralandı/ FOTO

3379
Yaralılardan ikisinin vəziyyəti ağırdır


 

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.


"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.


Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.


Faktla bağlı araşdırma aparılır.

 

Abşeronda çörək sexində partlayış - 3 nəfər ağır yaralandı/  FOTO
Abşeronda çörək sexində partlayış - 3 nəfər ağır yaralandı/  FOTO
Abşeronda çörək sexində partlayış - 3 nəfər ağır yaralandı/  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər