Ru
22:38 / 29 Mart 2017

ABŞ rəsmisi Rusiya, İran və Suriyanı hərbi cinayətlərdə ittiham etdi

613
Şərqi Hələbin terrorçulardan azad edilməsi zamanı Suriya hökuməti Rusiya və İranla birgə hərbi cinayətlərə yol verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Nyu-Yorkda Beynəlxalq münasibətlər üzrə Şuranın iclasında bəyan edib.

 

"Rusiya və İranla birgə Bəşər Əsəd rejimi Şərqi Hələbdəki bütün xəstəxanaları məhv edib. Ümumilikdə 250 000 min insana zərər dəyib. Bu hərbi cinayətdir. Məlumdur ki, Suriya hökumət qüvvələri müntəzəm olaraq xəstəxanalar da daxil olmaqla, mülki infrastruktura zərbələr endirib”, deyə N.Heyli bildirib. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər