Ru
08:48 / 11 Aprel 2018

ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərib - VİDEO

1364

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus "Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə  Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.


APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında "Normandiya” raket kreyseri, "Arli Berk”, "Balkerey”, "Forest Şterman” və "Farraqut raket esminesləri var. Bir müddət sonra "Ceyson Danem” və "Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən  gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunub.

 


Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gessen” freqatının da regiona yollanacağı bildirilir.


Pentaqon məlumatı təsdiqləyərək,  yerdəyişmənin planlı olduğunu vurğulayıb: "Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”.  


Bundan əvvəl ABŞ-a məxsus "USS Donald Cook” və "USS Porter” gəmilərinin  Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində "Tomaqavk” tipli onlarla qanadlı raketlərin yerləşdirildiyi vurğulanır.  


Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərbələrin endirilməsi "ən ağır fəsadlar”la nəticələnəcək.   


Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər