Ru
11:56 / 26 Sentyabr 2018

- “Hər addımda izlənilirsiniz!” ABŞ-dan xəbərdarlıq

2508
ABŞ İran prezidenti Həsən Ruhaninin "ABŞ İrana yenidən ayaq basmaq üçün ölkədə xaos yaratmağa çalışır. İntiqamımız unudulmaz olacaq. Amerika arzusuna çata bilməyəcək” sözlərinə reaksiya verib.


BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Con Bolton ölkəsinin İrandan ABŞ-a, vətəndaşlarına və ya müttəfiqlərinə hər hansı bir zərər gəlməsi halında qiyamət qopardacağını bildirib.


O qeyd edib ki, Amerika İranı hər addımda izləyir: "Onlara çox açıq mesaj veririk. Hər addımda izlənilirsiniz! Biz dünya terrorizm qruplaşmalarına sponsor deyilik! Bu kimi təcavüzkarlığı davam etdiyi müddətcə İranla əlaqələrimizi kəsəcəyik”.


Qeyd edək ki, Tehran rəhbərliyi, keçən həftə sonu Əl-Əhvaz hücumundan sonra ABŞ-ı hədəf kimi göstərib. İnqilabçı mühafizəçilər  unudulmaz intiqam alacaqlarını bildiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər