Ru
10:24 / 21 Yanvar 2017

- Trampı istəməyənlərin 224-ü saxlanıldı/ VİDEO ABŞ-da etiraz dalğası

1038

ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı edilən
etirazlar zamanı 224 nəfər tutulub.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir
ki, Trampa qarşı etirazlar əsasən paytaxt Vaşinqtonda olub. Etirazlar zamanı
polislə toqquşmalar baş verib.

Trampın prezident seçilməsinə etiraz edənlər polisə
dəmir parçaları və şüşə qablar atıblar. Polis də etirazçıları dağıtmaq üçün gözyaşardıcı
qazdan istifadə edib.

Vaşinqtonda etirazlar zamanı 217, Nyu-Yorkda isə 7 nəfər
saxlanılıb.


Eyni zamanda, toqquşmalar zamanı 6 polis yüngül xəsarət
alıb.

Qeyd edək ki, yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti
Donald Trampın inaqurasiya mərasimi Vaşinqtonda keçirilib.

 

Sevinc

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər