Ru
22:08 / 25 Oktyabr 2016

ABŞ-da BSU haqıqında məqalə dərc olunub - FOTO

3809

ABŞ-ın tanınmış "Eurasia Review” analiz və
yeniliklər jurnalinda Bakı Slavyan Universiteti haqqında geniş məqalə dərc
olunub.

BakiPost.az xəbər verir ki, məqalənin müəllifi Birləşmiş Ştatlarda
Latın Amerikası məsələləri üzrə araşdırmaları ilə tanınan tədqiqatçı alim və
jurnalist Peter Tasedir. Yeri gəlmişkən qeyd edək ki, Peter Tase 2012-ci ildə Paraqvay Milli Konqresinin Ticarət,
Turizm və Sənayenin İnkişafı üzrə Komitəsində sədrin xarici işlər və beynəlxalq
ticarət üzrə müşaviri olub.


O, "Bakı Slavyan
Universiteti 70 illik yubileyinə hazırlaşır” adlı məqaləsində universitetin
tarixindən söz açaraq, onun 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin
fərmanı ilə yaradıldığını bildirir. Sonra əlavə edir: "BSU qısa müddət ərzində
böyük inkişaf yolu keçmiş və Avrasiya məkanında aparıcı təhsil ocaqlarından
biri kimi formalaşmışdır. Bu gün onu unikal ali təhsil müəssisəsi adlandırmaq
olar. Burada slavyan ölkələrinin və xalqlarının adət-ənənələri, mədəniyyətləri,
dil və ədəbiyyatı öyrədilir. Universitet
slavyan ölkələrinin tədqiqi sahəsində aparıcıdır. O, yüksək ixtisaslı müəllimləri, akademik səviyyəsi,
yüksək texnologiya ilə təchizatı baxımından digər bir çox ali məktəblərdən öndə
gedir”.



Müəllif sonra universitetdə dilçilik, filologiya, ölkəşünaslıq,
jurnalistika, beynəlxalq əlaqələr sahəsində bütün pillələr üzrə yüksək
ixtisaslı kadrlar hazırladığını bildirir. Peter Tase universitetin rektoru,
professor Nurlana Əliyevanın aşağıdakı fikirlərinə xüsusi diqqətə çatdırır: "Son
illərdə BSU adi təhsil müəssisəsi olmaqdan çıxıb, o daim öz taktikasını və
rolunu təkmilləşdirməklə regionda slavyan filologiyası və mədəniyyətini öyrənən
yeganə elmi mərkəzə çevrilmişdir”.



Peter Tase universitetin nüfuzunun ildən-ilə artdığını və dünyanın
tanımış liderlərinin dəfələrlə BSU-nun qonağı olduğunu bildirir. O, yazır: "Rusiya
Prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya patriarxı II Aleksey,
Yunanıstan Respublikasının sabiq Prezidenti
C. Stephanopulos, Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanov, Ukeraynanın keçmiş
Prezidenti Viktor Yuşşenko, Rusiya Federasiya Şurasının sədri Serqey Mironov,
Belorusiya Prezidenti Aleksandr Lukoşenko və digər şəxslər müxtəlif vaxtlarda
universitetdə olmuş, qeyd kitabında öz imzalarını qoymaqdan məmnunluq duymuşlar”.


Məqalənin sonunda müəllif
universitetin bu gün Avropanın bir çox ali təhsil müəssisələri ilə sıx əlaqə
saxladığını qeyd edir. O, BSU-nun hazırda multikulturalizm üzrə tədqiqatların da
mərkəzi olduğunu vurğulayır.Müəllif fikrini belə yekunlaşdırır: "Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altına həyata keçən bu siyasətin
önündə gedən elmi mərkəzklərdən biri və birincisi BSU-dur”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər