Ru
14:05 / 23 Aprel 2018

Abituriyentlərin nəzərinə: bu universitetdə DİM-in “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

4567
Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin "Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.


Ötən həftədən etibarən fəaliyyətə başlamış Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. 


Abituriyentlər onları maraqlandıran bütün suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.


Mərkəzlər universitetin aşağıdakı ünvanlardakı korpuslarında yerləşir:


Əsas bina

Azərbaycan, Bakı, İstiqlaliyyət 27;

Dizayn və Memarlıq Məktəbi

Nazim Hacıyev 6;

Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi, Biznes Məktəbi və İqtisadiyyat Məktəbi

Əhməd Rəcəbli 3;

Qərbi Kaspi Universitetinin Kolleci

Cəfər Xəndan küç. 15 B.


Əlavə məlumat üçün:  012 4926163

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər