“Abituriyent topladığı balı “Photoshop”la düzəldib” – DİM-dən açıqlama / Yenilənib

788
"Heç bir yerə qəbul olmadığını deyən deyən abituriyent topladığı balı "Photoshop" proqramı vasitəsilə düzəldərək, Kamran Əsədova göndərib".

BakuPost xəbər verir ki, bu barədə Qaynarinfo-ya DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, abituriyentin topladığı balın daha az olduğunu bildirib:

"Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik".
 
* * * 

Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

BakuPost xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.
 
"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb", - deyə o, bildirib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər