Abbasın toyunda vağzalı səslənməyəcək - Düz 3 gün mərasim olacaq...

Əməkdar artist Abbas Bağırovun toyunda vağzalı səslənməyəcək.
 
BakiPost.az xəbər verir ki, bu barədə müğənni özü "Hər şey daxil” verilişində deyib: "Düz 3 gün toy edəcəm. Mayın 23-də edəcəyim kişi toyu tamam başqa cür olacaq. Başqa tərzdə edəcəyim məclisin fərqliliyini yalnız toyumda olanlar görəcək. Musiqiçi olduğum üçün istədim ki, şad günümü həmkarlarımla bölüşüm. Hamını bir gündə toya dəvət eləsəm, alınmaz. Ona görə də toy 3 gün olacaq. Bəy-gəlinli toyum yalnız ailə üzvlərimin əhatəsində keçiriləcək. Həmin toyda az adam olacaq. Çünki adi qapıda vağzalı səsləndirməyə razı deyiləm. Vağzalı elə mənim ürəyimdə səslənir, bu mənə bəs edir. Əsas insan xoşbəxt olsun, xırda şeylər boşdur. Yəni standartlardan uzaq insanam. Bir çox toylar görmüşəm, istədim ki, fərqlənəm".
 
Onu da əlavə edək ki, ifaçının kişi toyu mayın 23-də paytaxt restoranlarının birində keçiriləcək. Qız toyu isə Gəncədə baş tutacaq. 
 
Qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən bir qızı var.  
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər