Ru
10:22 / 24 May 2018

Ağaclara ziyan verən şəxs cərimələndi - FOTO

1485
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.


ETSN-dən BakuPost-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə 4 ədəd tut və 1 ədəd qarağac ağaclarının budaqlarının kəsildiyi aşkar edilib.


Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 1000 manat məbləğində cərimə olunub.

Ağaclara ziyan verən şəxs cərimələndi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər