Ru
14:47 / 04 May 2017

“99 BS 999”un “avtoş”luğuya bağlı - DYP-dən açıqlama

11898

Dünən 99 BS 999 dövlət nömrə nişanlı "Porsche
Cayenne Magnum” markalı maşınla adam öldürən şəxsin 14 yaşlı yeniyetmə olması cəmiyyətdə
rezonansa səbəb olub. Ağaəli Fərəclinin iş adamı olan atası Füzuli Fərəcov hələ
avtomobil sürmə yaşında olmayan oğluna maşını necə etibar etməsi ilə bağlı
sualdan yayınsa da, məsələ həm sosial şəbəkələrdə, həm də mətbuatda gündəm
mövzuya çevrilib. Yeniyetmənin bahalı avtomobili ilə Heydər Əliyev prospektində
avtoxuliqanlıq etdiyini göstərən videogörüntülər isə məsələni bir az da
şişirdib.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı şəhər
Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik
Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni
etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: "Qanunda qeyd
edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə
cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O
avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona
protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında
məsuliyyət tətbiq ediləcək”.


Vaqif Əsədov hesab edir ki, ictimai qınaq
medotlarından da istifadə etmək lazımdır:
"O azyaşlının valideynlərinin kim
olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə
ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna
don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti
qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək".

Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı
oğlu Ağaəli Fərəcli maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı
99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə
törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər