Ru
16:35 / 18 Yanvar 2017

82 yaşlı Ucar sakini itkin düşdü - FOTO

807
Ucar rayonunun Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, Xəlil Əliyevin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.


Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub.


Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər