Ru
17:43 / 20 Sentyabr 2017

80 yaşlı kişi qəza törətdi - 3 yaralı var

1044
Tovuz rayonu ərazisində yol qəzası baş verib.


BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Quşçu-Qovlar yolunda baş verib. Qovlar qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.


Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər