Ru
13:17 / 23 Fevral 2018

5 min məhkumla bağlı təqdimat göndəriləcək

1934
Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanan cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamdan sonra məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib.


BakuPost-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.


O qeyd edib ki, bu sərəncamdan sonra Milli Məclis tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci il dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı:

 


"Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib”.


Ə.Hüseynli bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: "Bu qanunu amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər