700 bal toplayanlar hansı universitetləri seçəcəklər? - Açıqladılar/FOTO

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
 
BakuPost.az Modern.az-a istinadən xəbər verir ki, budəfəki imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb.

Bunlar Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

Rekordçulardan biri Pərvin Əhmədova təəssüratlarını Modern.az-la bölüşüb. O, hüquqşünas olmaq istədiyini bildirib: "Ya Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, ya ADA universitetinin Dövlət və ictimai münasibətlər fakültəsini seçəcəyəm. İlk imtahanda 657 bal toplamışdım. Testlərin cavabı doğru idi, sadəcə kodlaşdırmada səhv etmişdim. Bu dəfəki imtahanda özümə söz verdim ki, kodlaşdırmada səhv etməyəcəm. Ətrafdakıların, yaxınlarımın, müəllimlərimin mənə olan güvəni bu nəticələrə təsir etdi”.

Digər rekordçu orta məktəbi qızıl medalla bitirən  İlhamə Hüseynova ilk imtahanda 685 bal topladığını deyib:
"İlk imtahanda çox həyəcanlı idim, bu dəfə isə yox. 700 bal toplayacağıma inanırdım. İmtahandakı suallara gəlincə, çətinlik dərəcələri eyni idi. Suallar demək olar ki, ağır deyildi mənim üçün. İki il repetitor yanında hazırlaşmışam. Müəllimlərimə mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Vətənə, millətə layiqli vətəndaş olmağa çalışacağam”.
 
BakuPost





Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər