Ru
15:05 / 16 İyul 2018

7 yaşlı azərbaycanlı uşaq su kanalında boğuldu - Gürcüstanda

2232
Ötən gün Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 7 yaşlı azərbaycanlı uşaq suvarma kanalında boğularaq ölüb. 


BakuPost APA-ya istinadən xəbər verir ki, kənddə nənə-babasının yanında qalan uşaq su kanalının kənarında oynayıb.


Uşağın bir neçə saat evə qayıtmadığından narahat olan kənd sakinləri onu kanalda ölmüş vəziyyətdə tapıblar. Doğmalarının dediyinə görə, eyni faciə ötən il də baş verib və o vaxtdan müvafiq qurumlara müraciətlərə baxmayaraq, kanalın yaxınlığında heç bir təhlükəsizlik tədbiri görülməyib. 

 

Faktla bağlı cinayət işi açılıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər