695 bal toplayan abituriyent müəllimliyi seçdi - VİDEO

695 bal toplayan abituriyent seçdiyi ixtisası ilə bir çoxlarını təəccübləndirib.
 
BakuPost.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, paytaxtın Hovsan qəsəbə sakini Səidə İsmayılova bu il respublika üzrə ən yüksək bal toplayan abituriyentlərdəndir. Yüksək bal toplamasına baxmayaraq o, xəyalındakı peşəni başqa ixtisaslara dəyişməyib. Hazırda o, təhsilini Bakı Dövlət Univeristetinin Filologiya fakultəsində davam etdirir.
 
Səidənin sözlərinə görə, bir çoxları onun yığdığı baldan sonra başqa ixtisası seçəcəyini düşünsə də, valideynləri onun bu seçiminə hörmətlə yanaşıb.
 
İmtahana çox az müddətdə hazırlaşdığını deyən Səidə bəzi fənləri ona qardaşının öyrətdiyini deyir. Müsahibimiz deyir ki, ilk imtahanında topladığı 675 bal ona arzusundakı ixtisasına qəbul olmağa tam kifayət etsə də, onun məqsədi yalnız bu olmayıb. Son nəticədə 700 balı hədəfləsə də, 5 bal onu məqsədinə tam nail olmağa imkan verməyib.
 
Səidə deyir ki, universitetdə də onun seçiminə təəccüblənənlər az deyil. Onun məqsədi isə burda ən yaxşı olmaqdır.
 

BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər