Ru
19:11 / 20 İyul 2017

64 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü

745
Lerik rayonunda üzərinə ağac aşan 64 yaşlı kişi ölüb.


"Report"un verdiyi xəbərə görə, hadisə rayonun Çayrud kəndində baş verib.


Belə ki, həmin kəndin sakini 1953-cü il təvəllüdlü Fəzan Muradovun üzərinə meşədə ağac  aşıb.

O, yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də bu zaman, ağac kəsərkən ehtiyatsızlıqdan baş verib. 


F.Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Hazırda hadisə yeri müayinə olunur. 


Faktla bağlı araşdırmalara başlanıb.  

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər