Ru
15:46 / 26 Sentyabr 2018

- Evdən tələsik halda çıxıb 62 yaşlı kişi itkin düşdü

2223
Şəkidə 62 yaşlı kişi itkin düşüb.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan BakuPost-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda "dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.


Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər