Ru
17:54 / 22 May 2017

47 yaşlı baş həkim xəstəlikdən vəfat etdi

1309
"Sağlam Ailə” Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib.


BakiPost.az xəbər verir ki, mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.

 

Qeyd edək ki, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993- cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.

 

2013-cü ildən isə "Sağlam Ailə” Tibb Mərkəzində həkim-terapevt eyni zamanda, baş həkim vəzifəsində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər