Ru
19:14 / 22 Sentyabr 2017

42 yaşlı qadın itkin düşdü - FOTO

2487
Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.


"Report"un məlumatına görə, Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.

Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.


Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.


Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.


Tel:(02425) 5 23 52; Mob:055-625-03-78

 

BakuPost
42 yaşlı qadın itkin düşdü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər