Ru
17:10 / 19 İyul 2018

40 yaşında ali məktəb bitirib, professor olan icra başçısı - “Bu adamlar elmi nüfuzdan salır”

7704

"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə münasibət bildirərkən maraqlı məqama toxunub. 

 

BakuPost-un məlumatına görə, o, özünün "facebook” səhifəsində yazıb: 


"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə… Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?


Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur. Məncə ayıb olan məsələ budur".

 

Elçin Mirzəyev
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər