4 faizlik marjanın ləğvi ilə nə baş verəcək?

"Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjanı ləğv etməsi ilə Azərbaycanda liberal məzənnəyə keçiləcək”.


Bunu BakiPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transfertlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq: "Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görünür ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil.

 

Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı”.

 

Vüqar Bayramov bildirib ki, liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik.

 

 

İqtisadçı qeyd edib ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq: "Mərkəzi Bankın artıq 4 faizlik marjanı ləğv etməsi ilə bağlı qərarın nə zaman qüvvəyə minməsini əks etdirən ayrıca rəsmi məktub banklara göndəriləcək. Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq.

 

Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın məzənnəsinin dollara nisbətən azalacağı gözlənilir”.


Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər