Ru
22:49 / 28 Mart 2017

39 yaşlı qadını maşın vurdu - Sürücü qaçdı

745
Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun 1-ci Şıxlı kəndində baş verib. 


Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Əhmədova Yeganə Zakir qızı yolu keçmək istəyən zaman hələki markası və sürücüsü bilinməyən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya sağ təpə nahiyəsinin yumuşaq toxumunun əzilməsi və hematoma, sağ incik sümüyünün sınığı diaqnozu qoyulub. Y.Əhmədovaya ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib.


Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün tapılması istiqamətində tədbirlər görülür.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər