Ru
15:14 / 22 Oktyabr 2018

39 yaşlı kişi parkda qətlə yetirildi

2095
Xırdalan şəhərində 39 yaşlı kişi qətlə yetirilib. 


BakuPost Report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb. 


Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər