Ru
11:31 / 22 May 2017

Yeni il gecəsi dəhşətli terrorun törədildiyi bar söküldü - FOTO

1132

Yeni il gecəsi İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən
terrorun baş verdiyi "Reina” diskotekası sökülüb.

BakiPost.az xəbər verir ki, Azərbaycanlı Nuranə Həsənovanın da qurbanı olduğu
hadisənin yaşandığı ünvan yerlə-yeksan edilib.

İstanbul şəhər bələdiyyəsi
söküntü işlərini klubun şəhərin görüntüsünə xələl gətirməsi ilə izah edib.


"Reina” klubunda qanlı terror aktı törədərək onlarla
insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripov olub.


O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader
şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov
deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib:


"Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə
bir ev kiralayıb ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr
ayında "Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay
qaldıktan sonra İstanbula gəldim”.

Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni
telefonlarda olan "Telegram” proqramı vasitəsilə həyata keçirib.

Emil

Bakı Post

Yeni il gecəsi dəhşətli terrorun törədildiyi bar söküldü -  FOTO
Yeni il gecəsi dəhşətli terrorun törədildiyi bar söküldü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər