“37-ci il repressiya qurbanları yad edilsin” - Təklif

Azərbaycanda repressiya qurbanlarının xatirəsi ümumxalq şəklində yad edilə bilər.
 
BakuPost.az-ın verdiyi xəbərə görə, bu təkliflə "Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi çıxış edib. 
Təşkilatdan bildirilib ki, 1937-ci il repressiyasının xalqımıza vurduğu zərbələr haqqında çox yazılıb, çox deyilib: "Onun acı nəticələri bu gün də bizi yandırmaqdadır. Bu il 1937-ci il repressiya qurbanlarının vəfatından 80 il ötür. 

Təklif edirik ki, ölkə rəhbərliyinin xüsusi sərəncamı ilə gün təyin olunsun və həmin gün bəlli vaxtda ümumxalq yadetmə mərasimi keçirilsin. Və həmin günün bir dəqiqəsi bütün ölkə boyu repressiya qurbanlarımızın sükutla yad olunmasına həsr olunsun”.

Qeyd edək ki, Stalinin repressiya aparatının qurbanı olan 2556 nəfərin adı bəllidir. Siyahı ilə bu linkdə (https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_repressiya_qurbanlar%C4%B1n%C4%B1n_siyah%C4%B1s%C4%B1_(1937-1938) tanış ola bilərsiniz.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər