Ru
11:53 / 19 Avqust 2017

İstirahət gününə olan hava proqnozu - 37 dərəcə isti

790
Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) BakuPost.az-a verilən məlumata görə, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 65-75 %, gündüz 45-50 %  olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

       

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə  20-25°, gündüz  32-37° isti, dağlarda gecə 15-20°, gündüz  23-28° isti olacağı gözlənilir.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər