Ru
16:17 / 23 May 2018

338 mindən çox şəxsdə yeni xəstəliklər aşkarlandı

1550
Səhiyyə Nazirinin müavini Nigar Əliyevanın "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.


BakuPost xəbər verir ki, Səhiyyə Nazirliyindən trend-ə verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Müraciət edənlərin 338013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.


Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8015 insanda bu cür hallar üzə çıxıb.


Müayinələr zamanı 27663 nəfər hospitalizə olunub, 58563 şəxs dispanser nəzarətinə alınıb, 1810880 nəfər əlavə müayinələrə cəlb olunub.


Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb.


Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək .
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər