33 yaşlı kişi özünü güllələdi - Ağstafada

Ağstafa rayon sakini ovda güllə yarası alıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kolayır kənd sakini 1984-cü il təvəllüdlü Kazımov Amil Arif oğlu sol ayağının aşağı hissəsinin güllə yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. A. Kazımov əvvəlcə çöldə tonqal qaladığını və tonqalda yaranan partlayış nəticəsində xəsarət aldığını deyib. Daha sonra isə Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarına ovda ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəş nəticəsində ayağından yaralandığını deyib.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər