Ru
15:04 / 22 Avqust 2017

30 yaşına qədər 1 milyon dollar qazanan iş adamı - Narkoman idi...

1615


Grant Cardone beş şirkəti və milyonlarla
sərvətin sahibi olmadan əvvəl narkotik asılılıqdan əziyyət çəkib. Çətin günlərində
anasının verdiyi məsləhətlər onu düşdüyü pis vəziyyətdən çıxara bilib.


BakuPost.az-ın məlumatına görə, CNBC
kanalında çıxış edən multimilyonçu həyatını dəyişdirən məsləhəti bu cür ifadə
edib:

"Ən yaxşı karyera məsləhətini heç bir iş
təcrübəsi olmayan anamdan aldım. Mənə ən yaxşı investisiya özünə
etdiyindir.İtirəcəyin heç bir şey yoxdur və hər zaman geri dönüşü var. Heç kim
bunu əlindən ala bilməz. Tamamilə sənindir”
.


Cardone 25 yaşında avtomobil satışı işinə
başlayıb və bu, uğurlu olub.



"Hər nə qədər gördüyüm işə nifrət etsəm
də, özümü bu işə həsr etməyə başladım”. Səhər yeməyində satış dərsləri verən
videolarına baxan, işə gedən zaman özünü inkişaf videoları izləyən Cardone işə
hər zaman ilk gələn və son çıxan işçi olub. Buna görə də komisyonla işlədiyi
işdə hər ay 6 min dollar qədər pul qazanmağı bacarıb.


"Qazandığım ilk 3 min dolların ilk 1
milyon dollardan daha qiymətli olduğunu xatırlayıram. Çünki bu mənim üçün daha
vacib idi. Özümə olan güvənim artmışdı”.




Cardone 30 yaşına çatan zaman iş adamı
kimi ilk 1 milyon dollarını artıq qazanmışdı. 25 yaşında işçi kimi başlasa da 2
ildən sonra artıq öz şirkətini qurmuşdu. Hazırda 5 şirkətin sahibidir.

30 yaşına qədər 1 milyon dollar qazanan iş adamı -  Narkoman idi...
30 yaşına qədər 1 milyon dollar qazanan iş adamı -  Narkoman idi...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər