Ru
12:17 / 19 Sentyabr 2017

“3 ay əvvəl ağciyər xərçəngi olduğumu öyrəndim” - Fuad Poladov

1390
"Artıq üç aydır mənə ağciyər xərçəngi diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

 

BakuPost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib.

 

Onun sözlərinə görə, hazırda müalicəsi davam edir: "Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər