Ru
17:44 / 24 İyun 2017

28 yaşlı oğlan bıçaqlandı

1239
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.


BakuPost.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində 1989-cu il təvəllüdlü Nicat Nəsirov naməlum şəraitdə bıçaqlanıb.


Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Vəziyyəti ağır olduğu üçün Nicat Nəsirovu dindirmək mümkün olmayıb.


8-ci polis bölməsinin əməkdaşları tərəfindən Nicat Nəsirovu bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.


Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər