Ru
15:42 / 20 İyul 2018

239 sürücü işdən qovuldu - Kobud davranışa görə

2288
"BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.


BakuPost-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib.


Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb. Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər