Ru
20:00 / 20 May 2018

23 insan alverçisi hələ də tutulmayıb

1888
Ötən il Azərbaycanda insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işinin 28-nin istintaqı yekunlaşıb.


BakuPost-un məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.


Məlumatda bildirilir ki, istintaqı yekunlaşan cinayət işi üzrə 33 şəxs təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilib ki, onlardan 25-i qadın, 8-i isə kişidir.


Həmin şəxslərdən 29-u barəsində ittiham hökmü çıxarılaraq 23 nəfər şərti məhkum edilib, 5 nəfər azadlıqdan məhrum edilib, 1 nəfər barədə olan hökmün icrası təxirə salınıb.


İnsan alveri cinayətləri törətdiyinə görə barəsində axtarış elan olunan 55 təqsirləndirilən şəxsdən 32-si tutulub, o cümlədən 2 nəfərin barəsində İnterpol vasitəsilə axtarış elan edilərək yeri müəyyənləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər