Ru
23:42 / 25 İyun 2017

22 yaşlı model estetik əməliyyatdan sonra öldü - Bakıda

3698
"Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.  


BakuPost.az azxeber.com-a istinadən xəbər verir ki, modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.


Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər