Ru
11:33 / 23 İyun 2018

22 yaşlı gənc itkin düşdü

2071
Şirvan şəhərində 22 yaşlı gənc itkin düşüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BakuPost-a verilən xəbərə görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb.


Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.


X.Osmanovu görənlərdən DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər