Ru
00:16 / 25 Sentyabr 2018

- Bakının məşhur otelindəki qətlin təfərrüatı 21 yaşlı sevgilisini öldürüb getdi

1949
Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə baş verən qətlin yeni təfərrüatı məlum olub.


BakuPost "Xəzərxəbər”ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev polis tərəfindən saxlanılıb.


O, 21 yaşlı qıza 11 bıçaq zərbəsi vurduğunu bildirib. N. Əliyev qətli Ayselin ona yalan danışdığına görə törətdiyini deyib.


Araşdırma zamanı məlum olub ki, N. Əliyev A. Orucovanı 3 ildir tanıyır və onlar tez-tez görüşüblər. 


Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər