Ru
16:42 / 19 Oktyabr 2018

İstirahət günlərində səyahətə çıxmaq istəyirsinizsə, bu xəbəri oxuyun

1749
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-24, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək. 


Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. 


Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.


Naxçıvan MR-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək. 


Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti, əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər